Türk futbolçu Hollandiya futbolunun tarixinə düşdü

22:40 21 Avqust 2016

Türkiyəli gənc futbolçu Enes Ünal Hollandiyada tarixə düşüb. 


Sportarena.az xəbər verir ki,  icarə əsasında "Tvente"də çıxış edən Enes "Qroningen"lə oyununda het-trik edib.
 

Bu göstərici ilə o, Hollandiyada bir oyunda üç qol vuran ilk türk futbolçu olub.
 

Qeyd edək ki, icarə əsasında "Tvente"də çıxış edən Ünal müqavilə ilə "Mançester Siti" klubuna məxsusdur.


Digər xəbərlər

Xəbər xətti