"Qarabağ" azarkeşlərinin nəzərinə: biletlər satışa çıxır

11:11 22 Avqust 2016

Avropa Liqasının "pley-off" mərhələsində keçiriləcək "Qarabağ" - "Göteborq" (İsveç) cavab qarşılaşmasının biletləri bu gün satışa çıxır.

Sportarena.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, biletlər saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Azarkeşlər biletləri görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-18 nömrəli sektorlar - 5AZN

VİP - 30 AZN

Qeyd edək ki, "Qarabağ" - "Göteborq" matçı avqustun 25-i saat 20:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti