"Qarabağ"ın oyunu ruslara tapşırıldı

14:28 22 Avqust 2016

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Göteborq” oyununa hakim təyinatları açıqlanıb.

Görüşün baş hakimi rusiyalı Vladislav Bezborodov təyin olunub. Ona Valeriy Dançenko və Maksim Qavrilin kömək edəcək. Dördüncü hakim is  Kirill Levnikov olacaq.

Qeyd edək ki, avqustun 25-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti