İquain: "Qoy, mənə gombul desinlər"

23:50 22 Avqust 2016

“Yuventus”un yeni transferi Qonzalo İquain onu artıq çəkidən əziyyət çəkdiyinə görə qınayanlara cavab verib.

“Napoli”dən 94 milyon avroya transfer olunan argentinalı hücumçu çəkisinin artıq olmasına rəğmən yaxşı formada olduğunu deyib:

“İnsanların bu mövzu haqda bu qədər danışmalarını anlamıram. 20 günə qədər intensiv məşq etmişəm. İndi yaxşı formadayam. Qoy, mənə gombul desinlər. Mən də qollarımı sıralayacam”.

İquain İtaliya A Seriyasında yeni mövsümün ilk turunda "Fiorentina" ilə oyunda meydana daxil olduqdan 9 dəqiqə sonra komandasının qələbə qolunu vurub.

Qeyd edək ki, bir müddət əvvəl futbol mütəxəssisləri İquaini kökəlməsinə görə tənqid etmiş, milli komandamızın baş məşqçisi Robert Prosineçki isə ona donuz balasına bənzətmişdi


Xəbər xətti