"Real"ın əlcək sahibi nə vaxt qayıdır?

00:10 23 Avqust 2016

“Real” Madridin əsas qapıçısı Keylor Navasın yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.

O, sentyabrın 10-da Santiaqo Bernabéuda “Osasuna”ya qarşı La Liqa matçında oynayacaq. Bu, onun əməliyyatından 3 ay və 1 gün sonraya təsadüf edir. Hazırda Navası komandanın ikinci qapıçısı Kiko Kasilya əvəz edir.

Qeyd edək ki, Keylor Navas Kopa Amerika turnirindən öncə zədələnərək əməliyyat olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti