Ronaldo, Bekhem və Castin Biber bir arada

01:19 23 Avqust 2016

"Real"ın portqal ulduzu Kriştiano Ronaldo və müğənni Castin Biber "Goal" ("Qol") adlı filmin dördüncü seriyasında birgə çəkiləcəklər.

Filmdə onlardan başqa keçmiş futbolçu Devid Bekhem və aktyor Klint İstvud da yer alacaq. 100 milyon funt sterlinqlik büdcəsi olan ekran işi Los-Ancelesdə yaşayan gənc bir futbolçunun yüksəlişi haqda olacaq.

"Real" Ronaldonun filmdə rol almasına və çəkilişlərin "Santyaqo Barnabeu" stadionunda baş tutmasına icazə verib. Hazırda Castini razı salmaq üçün təkliflər müzakirə edilir. Çəkilişlər növbəti ilin martında start götürəcək.


Digər xəbərlər

Xəbər xətti