"Qarabağ" "qara bazar"la bağlı azarkeşlərə müraciət etdi

14:08 23 Avqust 2016

"Qarabağ" avqustun 25-də İsveçin "Göteborq" klubu ilə oyun üçün bilet satışı ilə əlaqədar azarkeşlərə müraciət edib.


Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi "facebook" səhifəsində məlumat paylaşılıb.


Belə ki, klub səhifə vasitəsi ilə azarkeşlırdən xahiş edərək "qara bazar"a aldanmamalarını istəyib.


"Xahiş edirik, Respublika stadionunun kassalarından bilet alarkən kassaların ətrafında gəzən insanlar sizlərdən əlavə bilet almağınızı istəsə, buna əməl etməyin. Məsələn, sizə yaxınlaşaraq sizdən onlar üçün əlavə 2 və ya 3 bilet almağınızı istəyəcəklər. Həmin şəxslər "qara bazar"ın nümayəndələridir, onların istəyini qəbul etməyin. Əks təqdirdə sizin bilet almağınız "qara bazar"ın yaranmasına, bu da sonda digər azarkeşlərimizin biletsiz qalmasına səbəb olur" - deyə müraciətdə bildirilib.


Digər xəbərlər

Xəbər xətti