Əmir Ağayev: "Azərbaycanla heç bir bağlılığım yoxdu"

16:35 23 Avqust 2016

Kiprin "Omoniya" klubunda çıxış edən Əmir Ağayevin əslən azərbaycanlı olduğu iddia edilir. 
 

Sportarena.az xəbər verir ki, İsrail vətəndaşı olan 24 yaşlı futbolçu verdiyi açıqlamada Azərbaycanla heç bir bağlılığı olmadığını söylədi: "Düzü, nəyə görə əslən azərbaycanlı olduğuma dair iddiaların səsləndirilməsini anlamıram. Mən İsraildə anadan olmuşam. Valideynlərim də bura vətəndaşıdı. Babam da, nənəm də İsraildəndi. Bizim Azərbaycanla heç bir bağlılığımız yoxdu. Azərbaycan millisində çıxış etmək ehtimalına gəlincə, bu barədə heç nə deyə bilmərəm".
 

Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçidi 2011-16-cı illərdə "Bney Yehuda" klubunda oynayıb, 116 oyunda 18 qol vurub. Bu yay isə Kipr "Omoniya" klubuna transfer olunub. Əmir yeni klubunda keçirdiyi 2 görüşdə artıq 3 qol vurub. (Futbol11)


Digər xəbərlər

Xəbər xətti