Zabit Səmədov dünya çempionu oldu - VİDEO

23:12 23 Avqust 2016

Bu gün Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri keçirilib.


Sportarena.az xəbər verir ki, Qroznıda keçirilən turnirdə azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov "WBC Muay Thai" versiyası üzrə rumıniyalı kikbokscçu Katalin Moroşanu ilə qarşılaşıb.


Döyüşçümüz Zabit Səmədov görüşün taleyini ilk hissədə həll edib. Belə ki, döyüş Katalin Moroşanunun hücumları ilə başlasa da, Zabit rəqibinin sinəsinə güclü zərbə endirərək onu nakauta salıb.


Bu qələbə ilə Z.Səmədov  dünya çempionu titulunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti