"Hayduk" təsdiqlədi: Elnur Cəfərovu transfer edir

14:09 24 Avqust 2016

Portuqaliyanın "Tondela" klubundan ayrılan millimizin futbolçusu Elnur Cəfərov karyerasını Xorvatiyada davam etdirə biləcəyi haqda məlumat vermişdik.
 
Gənc futbolçu "Hayduk" klubu ilə danışıqlar aparır. 


Sportarena.az sportal.az-a istinadən xəbər verir ki, Split təmsilçisindən  verilən məlumata görə "Hayduk" Elnurla maraqlanır. Əgər danışıqlar müsbət yekunlaşsa, Cəfərov Xorvatiya klubu ilə müqavilə imzalayacaq.
 

Məlumata görə, komandaın baş məşqçisi Mariyan Puşnik Elnur Cəfərovun transferində yığmamızın çalışdırıcısı Robert Prosineçki ilə də məsləhətləşəcək.


Xəbər xətti