"Azəryol"da 2 ayrılıq: Baş məşqçi və idman direktoru getdi

Sportarena.az      24 Avqust 2018, 17:14

“Azəryol”da növbəti ayrılıqlar baş tutub. 

 

Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı komandanın idman direktoru İlqar İmamquliyev verib.
 

Onun sözlərinə görə, ötən mövsüm CEV kubokunun yarımfinalına kimi irəliləyən klubla vidalaşıb. İmamquliyev bildirib ki, artıq onun “Azəryol”la heç bir bağlılığı qalmayıb və yeni ildə orada işləməkdən imtina edib. O, həmçinin komandanın uğurlarında pay sahibi olan baş məşqçi, “Rabitə”də birgə çalışdığı Ziya Rəcəbovun da Bakı təmsilçisindən ayrıldığını açıqlayıb.
 

Qeyd edək ki, İmamquliyev “Azəryol”la ötən mövsümün startında işbirliyinə başlamışdı. Bu komandada ikinci məşqçi kimi fəaliyyətə başlayan Rəcəbov isə mövsümün gedişində baş məşqçi postuna gətirilmişdi.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin