"Qarabağ"ın rəqibinin baş məşqçisi: "Sabahkı oyunda daha bir qol vursaq.."

22:33 24 Avqust 2016

“İlk oyunda qazandığımız qələbə bizə bir qədər üstünlük verir. Biz bir qol vuracağımız halda, rəqib 3 qol vurmalı olacaq. Ancaq hər şeyə sabah aydınlıq gələcək”.

Bu sözləri “Göteborq”un baş məşqçisi Yorgen Lennartson deyib.

 
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ”la qarşılaşacaq İsveç təmsilçisinin çalışdırıcısı oyundan öncə təşkil olunan mətbuat konfransında öz fikirlərini bölüşüb.
 
- Mətbuat konfransına girəndən əhval-ruhiyyəniz yaxşı görünür...
- Futbolçularıma müsbət enerji bəxş etmək üçün yüksək əhval ruhiyyədə olmalıyam.
 
- Stadionla tanış olduz. Sabahkı oyunda bu tribunları dolu təsəvvür edirsiz?

- Stadionun dolu olmasını mən də istəyirəm. Çünki belə olacağı halda, daha maraqlı oyun izləyə biləcəyik.
 
- Hansı komanda sizin üçün daha arzuolunan idi? “Viktoriya”, yoxsa “Qarabağ”?
- Hər ikisi fərqli komandadı. Ancaq bizim üçün fərqi yoxdu. “Viktoriya” ilə oyunda “Qarabağ” inanılmaz qol fürsətlərini boşa verdi. Bu cəhətdən ağdamlıları başa düşürəm.
 
- Sabah “Qarabağ”ın əsas üstünlüyü dolu tribunalar olacaq. Bəs sizin üstünlüyünüz nədi?
- Bizim əsas üstünlüyümüz ilk oyundakı qələbədi. Sabahkı oyunda daha bir qol vursaq, bu, rəqibdə əlavə təzyiq yaradacaq. “Qarabağ” yaxşı komandadı. Ancaq biz ilk oyunda sübut etdik ki, bu komandayla oynaya bilərik.
 
- Zlatan İbrahimoviç İsveç futboluna daha çox fayda verib, yoxsa “Göteborq”?
- Futbolçu yetişdirilməsi baxımından “Göteborq”, ancaq ümumi İsveç futbolunu tanıtmaq baxımından Zlatan.

apasport.az


Digər xəbərlər

Xəbər xətti