"Mançester Siti"nin futbolçusu "Beşiktaş"da

11:10 25 Avqust 2016

"Beşiktaş" heyətinə daha bir futbolçu transfer edib.
 

Sportarena.az  xəbər verir ki, İstanbul nəhəngi "Mançester Siti"nin ulduz futbolçusu Samir Nəsrini transfer edib. Fransız futbolçu icarə əsasında 1 il müddətinə "Beşiktaş"ın şərəfini qoruyacaq.

 
Qeyd edək ki, 2011-ci ildən "Mançester Siti"nin şərəfini qoruyan təcrübəli futbolçu "şəhərlilər"in heyətində meydana çıxdığı 128 qarşılaşmada 18 dəfə fərqlənib.


Xəbər xətti