"Qarabağ" Avroliqanın qrup mərhələsində - YENİLƏNİB

22:18 25 Avqust 2016

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. 


Sportarena.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" klubu da bu gün turnirdə növbəti matçına çıxacaq.


İlk oyunu səfərdə İsveçin "Göteborq" klubuna qarşı keçirən Ağdam klubu 1:0 hesabı ilə məğlub olmuşdu. Qurban Qurbanovun yetirmələri bu gün var gücü ilə oynayıb növbəti mərhələyə yüksəlmək uğrunda çalışacaqlar.


20:30. "Qarabağ" (Azərbaycan) - "Göteborq" (İsveç) 3:0

Qol: Rəşad Sadiqov, 19, (1:0), Muarem Muarem, 26,(2:0), Dani Kintana, 50, (3:0)
İlk oyun: 0 - 1
Baş hakim:
Vladislav Bezborodov
Yan xətt hakimləri: Valeri Dançenko, Makjsim Qavrilin
Dördüncü hakim: Kiril Levnikov (hamısı Rusiya)
UEFA nümayəndəsi: Maykl Tomas Ross (Şimali İrlandiya)
Hakim-inspektor: Coni Vanspauen (Belçika)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu 


Xəbər xətti