Millimiz Türkiyəyə qalib gəldi

15:14 25 Avqust 2016

Çimərlik futbolu üzrə milli komandamız İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində bu gün ilk oyununu  keçirib.


Sportarena.az xəbər verir ki, millimiz Türkiyə yığmasını 5:3 hesabı ilə məğlub edib.
 
Komandamızın qollarını Orxan Məmmədov, İlkin Hacıyev, Əbdül Məmmədov və Sabir Allahquliyev vurub. Digər qolun müəllifi isə topu öz qapısından keçirən Türkiyə yığmasının üzvü olub.


Millimiz turnirdə növbəti oyununu avqustun 26-da, Bakı vaxtı ilə saat 13:30-da İngiltərə yığmasına qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti