Yığmamızın 4 oyunçusu karyerasını başa vurur

21:25 25 Avqust 2016

Boks üzrə Azərbaycan yığmasının dörd üzvü karyerasını başa vurur.


Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov verib.


N. Səfərov deyib: “Rio-2016” Olimpiya Oyunları başa çatdıqdan sonra dörd boksçumuz karyerasını bitirmək qərarına gəlin. Onlar Avropa Oyunlarının qalibi 30 yaşlı Albert Səlimov (60 kq), “Rio-2016”nın gümüş medalçısı 31 yaşlı Lorenzo Sotomayor (64 kq), “Bakı-2015”in qızıl medalçısı, 28 yaşlı Abdulqadir Abdullayev (91 kq) və ikiqat dünya çempionu, həmçinin “London-2012”nin və “Bakı-2015”in bürünc mükafatçısı 30 yaşlı Məhəmmədrəsul Məcidovdur (+91 kq)”.


Federasiya nümayəndəsinin sözlərinə görə, bu boksçuların komandadan getməsi hər hansı çətinlik yaratmayacaq və onları əvəzləyə biləcək idmançılar var. Baş katib onu da qeyd edib ki, A.Abdullayev karyerasını bitirdiyi üçün Olimpiya mükafatçısı Teymur Məmmədov yenidən 91 kiloqram çəki dərəcəsində çıxış edəcək.


Xatırladaq ki, T.Məmmədov London Olimpiadasından sonra rınqə 81 kiloqram çəki dərəcəsində çıxırdı.(Azərtac)


Digər xəbərlər

Xəbər xətti