Van Dam Zabit Səmədovu təbrik etdi

10:51 26 Avqust 2016

Hollivud ulduzu, əfsanəvi döyüşçü Jan Klod Van Dam həmyerlimiz Zabit Səmədova zəng edib.

O, Qroznı şəhərində Çeçenistanın ilk Prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnurində WBC Muay Thai versiyası üzrə Dünya çempionu titulunu qazanan Zabit Səmədovu qələbə münasibəti ilə təbrik edib. 

Bu barədə Hacı Nuran Hüseynov şəxsi "İnstaqram" səhifəsində yazıb. 

"Qardaşım Zabit, sən bunu bacardın, əhsən sənə, afərin! Uğurların daha çox olsun. Tez bir zamanda sənin Azərbaycanda keçirilən döyüşünü canlı izləmək mənə nəsib olsun”, - Jan Klod Vandam deyib. 


Digər xəbərlər

Xəbər xətti