Qriqorçuk: "Qəbələ"yə sevgim o qədərdir ki..."

00:50 26 Avqust 2016

“Son 20 dəqiqədə sakitliyimi qorumaq istədim. Emosiyaya qapılmadım”. 

Bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Maribor”la görüşdən sonra deyib. 

“Qəbələ”ni ardıcıl 2-ci il Avroliqanın qrup mərhəəsinə daşıyan ukraynalı mütəxəssis matçdan sonra “CBC-Sport”a verdiyi açıqlamada komandasının səhvlər etdiyini bildirib: “Psixoloji hazırlıq baxımında böyük iş gördük. Amma oyun baxımından çatışmazlıq vardı. Oyunçular səhvlər edirdilər. Fasilə dedim ki, bunları aradan qaldırmaq lazımdır”.

Qriqorçuk ötənilki ilə indiki komandasını müqayisə etmək istəməyib: “İki ildir eyni ssenari üzrə işləyirik. Bu mövsüm komandanı yenilədik. Mənim “Qəbələ”yə sevgim o qədərdir ki, ötənilki ilə indiki komandanı müqayisə edə bilmirəm. Çalışacağıq daha da inkişaf edib, yaxşı nəticələr qazanaq. Səbirsizliklə qrupdakı ilk oyunu gözləyirik”. 

“Qəbələ”nin çalışdırıcısı sonda heyəti gücləndirməli olduqlarını vurğulayıb: “Desəm ki, transfer olmayacaq, gülməli çıxar. Hazırda komanda 2 futbolcu lazımdır ki, bunun da biri hücumçu olmalıdır. Yeni oyunçuları rəqabəti gücləndirməlidirlər. Amma kor-koranə transfer də etməyəcəyik”. 

 

qol.az


Digər xəbərlər

Xəbər xətti