Klubumuz millimizlə qarşılaşacaq

13:10 26 Avqust 2016

Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Azərbaycan Premyer Liqasında yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirəcək.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Gəncə təmsilçisinin rəqibi artıq müəyyənləşib.

“Sarı-göylər” Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Bakıda Farer adaları komandası ilə qarşılaşmaya hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə oynayacaq. Görüş avqustun 31-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti