Rövnəq Abdullayev: "Klublarımıza uğurlar arzulayıram"

13:31 26 Avqust 2016

AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” və “Qəbələ” klublarının UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini bildirib:
 
 AFFA-nın saytına danışan qurum prezidenti klublarımızı təbrik edib:

“Dünən axşam Avropanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da çox böyük futbol həyəcanı yaşanırdı. UEFA Avropa Liqasının play-off oyunlarını başqa cür izləmək, nəticələrə emosiyasız, sakit yanaşmaq çox çətindir. Sevinirəm ki, bizim həyəcanımızı, narahatlığmızı bu tirnirdə çıxış edən hər iki klubumuz – “Qarabağ” və “Qəbələ” qrup mərhələsinə vəsiqə qazanmaqla unutdura bildi. Əminəm ki, ölkəmizin bütün futbol ictimaiyyəti, hər bir azarkeş, futbolsevər sevincimizə şərikdir. “Qarabağ” artıq üçüncü, “Qəbələ” isə ikinci dəfə qitənin mötəbər klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaqla əvvəlki uğurların təsadüfi olmadığını, futbolun inkişafı yolunda düzgün istiqamət götürüldüyünü sübuta yetirdi. Hər iki klubumuza qrup mərhələsində uğurlar, azarkeşlərinə qələbə sevinci bəxş etmələrini arzulayıram”.


Digər xəbərlər

Xəbər xətti