Millimiz İngiltərəni məğlub etdi

15:10 26 Avqust 2016

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində bu gün ikinci oyununu keçirib. Millimiz İngiltərə yığmasını 2:0 hesabı ilə məğlub edib.

Qolları Sabir Allahquliyev və Hikmət Bağırov vurub.

Qeyd edək ki, turnirdəki ilk oyunda Azərbaycan millisi Türkiyəyə 5:3 hesabı ilə qalib gəlib. Futbolçularımız növbəti oyununu avqustun 27-də, saat 13:30-da Çexiya yığmasına qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti