"Qarabağ" ölkəmizin reytinq xalını zənginləşdirdi

16:32 26 Avqust 2016

Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Qarabağ" "Göteborq" üzərində 3:0 hesablı qələbə qazanıb.
Qeydə alınan bu hesabdan sonra ölkəmizin UEFA reytinqindəki hesabına daha 0.250 xal yazılıb. "Qəbələ" səfərdə Sloveniyanın "Maribor" klubuna 0:1 hesabı ilə uduzduğu üçün hesabımıza xal əlavə olunmayıb.
 
Azərbaycanın UEFA-nın reytinqində 16.500 xalı var və 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə olan İsrailin hesabında 16.625 reytinq xalı var.
 
23-cü pillədə olan Şotlandiyanın hesabında 18.175 xal var. 25-ci yerdə qərarlaşan Kiprin isə reytinq xalı 16.050-dir.


Digər xəbərlər

Xəbər xətti