"Qarabağ" və "Qəbələ" UEFA-da nə qədər qazandılar ?

17:41 26 Avqust 2016

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ"la "Qəbələ" pley-off mərhələsində rəqiblərini mübarizədən kənarlaşdırmaqla qruplara qaldılar.
 
Sportarena.az sportal.az-a istinadən xəbər verir ki, komandalarımızın bu uğuru onları büdcəsini də xeyli artırıb. UEFA hər iki komandamıza qrup mərhələsinə vəsiqə qazandığı üçün 2,4 milyon avro mükafat verəcək. Bundan başqa 4 mərhələni uğurla adlayan "qırmızı-qaralar" 860 min avro əlavə gəlir əldə edəcək. "Qarabağ"da isə bu məbləğ 660 min avrodur.

"Qəbələ"nin buna qədərki mükafatı 5 milyon 989 min 924 manatdı. "Qarabağ"da isə bu rəqəm 5 milyon 622 min 444 manatdı. Ümumilikdə isə klublarımız 11 milyon 612 min 368 manat qazanc əldə edib.
 
Qeyd edək ki, qruplarda hər qələbəyə görə 360 min avro mükafat veriləcək. Heç-heçənin mükafatı isə 120 min avrodudur. Klublarımız qrupu ilk pillədə bitirsə yarım milyon, ikinci başa vursa, 250 min avro mükafat qazanacaq.
 


Xəbər xətti