"Fiorentina" rəsmisi "Qarabağ"dan danışdı

23:44 26 Avqust 2016

İtaliyanın "Fiorentina" klubunun baş meneceri Pantaleo Korvino Avropa Liqasının qrup mərhələsində "Qarabağ" ilə düşmələrinə münasibət bildirib. O, klub saytına açıqlamasında bunları söyləyib:

"Avropa Liqasının çox maraqlı olacağını gözləyirik. Bu mövsüm mükafat uğrunda mübarizə aparacaq çoxlu güclü kollektiv var. Öz oyunlarımızı da maraqla gözləyirik. Saloniki təmsilçisi, "Slovan" təşkilatlanmış, yaxşı Avropa təcrübəsi olan komandalardır. Azərbaycandan olan komanda ilə görüş də bizim üçün maraqlıdır. Baxmayaraq ki, bizi oraya uzun yolculuq gözləyir".


Digər xəbərlər

Xəbər xətti