İnternetdə öyrəndikləri sayəsində Rioda gümüş medal qazandı - VİDEO

01:15 27 Avqust 2016

İnternet nələrə qadirdir! Keniyalı Culius Yeqo nizə atmağı Youtube-dəki videolar sayəsində öyrənib.

Culius qatıldığı Rio Olimpiadasında öyrəndiklərini tətbiq edərək gümüş medal qazanıb.

Culius, video izləyərək öyrəndiyi idmana görə “Cənab Yutub adamı” olaraq xatırlanır.

Keniyada çox çətin şərtlər altında, məşqçi dəstəyi olmadan məşq etdiyi idman növündə Culius tək başına idi. Özü özünün məşqçisi olan idmançı izlədiyi videolar sayəsində nizə atmada müvəffəqiyyətli ola bilməsi üçün çoxlu məşq etməli olub.

Youtube qrupu isə platformlarının nə qədər müvəffəqiyyətli olduğunu göstərmək üçün “Youtube Sportlight” kanalından “Təbriklər, Culius Yeqo” adıyla idmançını təbrik edib.

 

publika.az


Xəbər xətti