"Qarabağ"ın oyunlarının başlama saatları müəyyənləşdi

12:37 27 Avqust 2016

Avropa Liqasının J qrupunda mübarizə aparacaq "Qarabağ"ın səfər oyunlarının başlama saatı açıqlanıb.
 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi ilk səfər oyununda "Fioretina" ilə qarşılaşacaq. Matç sentyabrın 29-u, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 

İkinci səfər görüşü olacaq PAOK - "Qarabağ" qarşılaşmasına noyabrın 3 saat 23:05-də start veriləcək.
 

"Qarabağ" son səfər oyununu "Slovan"a qarşı keçirəcək. Qarşılaşma noyabrın 24-ü saat 21:00-da keçiriləcək.


Xəbər xətti