İbrahimoviç bu gün qol vursa...

15:09 27 Avqust 2016

Bu gün İngiltərə Premyer Liqasında III tura start veriləcək. 


Sportarena.az xəbər verir ki, "Mançester Yunayted" bu gün səfərdə "Hall Siti"nin qonağı olacaq. Sözügedən matçda "qırmızı şeytanlar"ın yeni transferi Zlatan İbrahimoviç adını klubun tarixinə yazdıra bilər. 


Belə ki, 34 yaşlı ulduz futbolçu "Mançester Yunayted"in heyətində çıxdığı 3 rəsmi matçın hər birində rəqib qapılarına yol tapmağı bacarıb. Əgər o, bu gün "Hall Siti" ilə oyunda da fərqlənəcəksə "Mançester Yunayted"in əfsanəvi futbolçularından olan Ceyms "Cimmi" Hansonun rekordunu şərik ola bilər. Belə ki, "Cimmi" 1920-ci illərdə "Mançester Yunayted"ə transfer olunduqdan sonra ilk 4 rəsmi matçında fərqlənərək klubun tarixinə adını yazdıra bilib.


Digər xəbərlər

Xəbər xətti