"Qəbələ" Avropa Liqasının tarixinə düşdü

15:38 27 Avqust 2016

"Qəbələ" UEFA Avropa Liqasının tarixinə düşüb


Sportarena.az xəbər verir ki, ardıcıl iki ildir Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Roman Qriqorçukun komandası bu uğura ötən il olduğu kimi bu mövsüm də mübarizəyə I təsnifat mərhələsindən başlayaraq nail olub. Bu da Avropa Liqasında rekord göstəricidir.

 

"Qəbələ"dən əlavə, Norveçin "Rosenburq" klubu da iki dəfə mübarizəyə I təsnifat mərhələsindən başlayaraq qrup mərhələsinə qədər irəliləməyi bacarıb. Lakin təmsilçimiz bu uğuru ardcılı iki il əldə etməklə rekord müəyyənləşdirib.


Xəbər xətti