Karateçimiz İndoneziyada dünya çempionu oldu

18:14 27 Avqust 2016

Kata üzrə Avropa üçüncüsü Roman Heydərov Beynəlxalq Şotokan Karate-do Federasiyasının (SKİF) 12-ci dünya çempionatının qalibi olub.

 

Azərbaycan Milli Karate Federasiyasının və SKİF-in Azərbaycan təşkilatının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə İndoneziyanın paytaxtı Cakartada mötəbər yarışa yollanan üç idmançımızdan “Arpaçay” klubunun üzvü R.Heydərov rəqiblərinə maksimal üstünlüklə qalib gəlib. 16-17 yaşlı gənclər seçmə komandasının üzvü, dünya ikincisi Fidan Teymurova isə yarışın ikinci günü tatamiyə çıxacaq. Ondan başqa “Qaraqaplan” klubunun perspektivli idmançısı 13 yaşlı Rəvan Bağırov da ertəsi gün mübarizəyə qatılacaq.


Kata üzrə milli komandaların böyük məşqçisi Vahid Ayvazov və “Qaraqaplan” klubunun məşqçisi Cahangir Babayev, həmçinin federasiyanın media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da dünya çempionatına ezam olunub.


Nüfuzlu yarışda 48 ölkədən 700-dək müxtəlif yaşlı karateçi iştirak edir.


Xəbər xətti