Olimpiya çempionuna 1 kq qızıl hədiyyə verildi

00:09 28 Avqust 2016

Şüvüllə tullanma üzrə olimpiya çempionu braziliyalı Tiaqo da Silva Rio-de-Janeyro Olimpiadasında qazandığı qızıl medala görə səxavətlə təltif edilib. 

Silva evdəki Olimpiadada olimpiya və şəxsi rekordunu təzələyərək 6,03 metr nəticə göstərib. Braziliyalı bu medala görə keçmiş klubundan 1 kiloqram külçə qızıl alıb.

“Bu hədiyyə mənim üçün çox vacibdir. Mən bu medalı öz azarkeşlərim üçün qazanmışam. Hamıya təşəkkür etmək istəyirəm”, - idmançı deyib. 


Digər xəbərlər

Xəbər xətti