Millimiz inamla irəliləyir: bu dəfə Çexiyanı məğlub etdi

00:52 28 Avqust 2016

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunan Avropa Liqasının super final mərhələsində növbəti qələbəsini qazanıb. 
 
Millimiz son oyunda Çexiya yığmasını 5:1 hesabı ilə məğlub edib. Orxan Məmmədov, Asif Zeynalov və Elvin Quliyevin hərəyə bir dəfə, Ramil Əliyev isə iki dəfə fərqlənib.
 
Yığmamız avqustun 28-də Macarıstan komandası ilə qarşılaşacaq.
 
Qeyd edək ki, millimiz bundan əvvəl Türkiyəni 5:3, İngiltərəni 2:0 hesabı ilə yenmişdi


Digər xəbərlər

Xəbər xətti