Premyer Liqasında yaranan fasilədən istifadə edən “Zirə” ilk yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Adil Şükürovun komandası I dvizion təmsilçisi “Şərurspor”la üz-üzə gəlib.
Milli komandalarda olan futbolçular Elvin Məmmədov, Anar Nəzirov, Vüqar Mustafayev və Adil Nağıyev bu oyunda iştirak etməyib. Görüş “Zirə”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Murad Səttarlı dubl edib, Tural Cəlilov və Vüsal İsgəndərli hərəyə bir dəfə fərqlənib.