"Zirə" birinci divizion klubunu darmadağın etdi

10:28 28 Avqust 2016

Premyer Liqasında yaranan fasilədən istifadə edən “Zirə” ilk yoxlama oyununu keçirib.


Sportarena.az xəbər verir ki, Adil Şükürovun komandası I dvizion təmsilçisi “Şərurspor”la  üz-üzə gəlib.


Milli komandalarda olan futbolçular  Elvin Məmmədov, Anar Nəzirov, Vüqar Mustafayev və Adil Nağıyev bu oyunda iştirak etməyib. Görüş “Zirə”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.


Murad Səttarlı dubl edib, Tural Cəlilov və Vüsal İsgəndərli hərəyə bir dəfə fərqlənib. 


Digər xəbərlər

Xəbər xətti