Millimizin rəqibinin heyəti açıqlandı

11:06 28 Avqust 2016

DÇ-2018-in seçmə mərhələsində yığma komandamızın rəqibi olan San Marinonun milli komandamızla oyun üçün heyəti açıqlanıb. 


Sportarena.az xəbər verir ki, baş məşqçi Pyerancelo Mancaroli 25  futbolçuya dəvət göndərib.


Qapıçılar: Cakomo Muraççini, Elia Benedettini, Aldo Simonçini, Mattia Mancaroli;


Müdafiəçilər: Marko Berardi, Alessandro Della Valle, Davide Çezarini, Kristian Brolli, Davide Simonçini, Covanni Bonini, Mirko Palatsi, Karlo Valentini, Fabio Vitayoli;


Yarımmüdafiəçilər: Petro Kalçolari, Lorenso Qasperoni, Luka Çeççaroli, Nikola Çiarutsi, Enriko Qolinuççi, Danilo Rinaldi, Luka Tosi;


Hücumçular: Matteo Vitayoli, Filippo Berardi, Xos Adolf Hirş, Mattia Stefanelli, Alessandro Byanki.


Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək  San Marino - Azərbaycan oyunu  saat 18:00-da başlayacaq. 


Xəbər xətti