"Qarabağ"ın futbolçusu millimizin heyətindən kənarlaşdırıldı

11:14 29 Avqust 2016

Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.


Sportarena.az xəbər verir ki, yığma komandamızın mərkəz müdafiəçisi Bədavi Hüseynov heyətdən kənarlaşdırılıb.
 

O, zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub. "Qarabağ”ın futbolçusu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San-Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.


Digər xəbərlər

Xəbər xətti