Prokurorluq Maşallah Əhmədovla bağlı qərar çıxardı

17:53 29 Avqust 2016

Dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədovun cinayət işi yenidən ibtidai istintaqa qaytarılıb.
 

Sportarena.az xəbər verir ki, "Neftçi"nin keçmiş futbolçusunun ibtidai istintaqı ötən həftə yekunlaşıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılacaq.
 

Maşallah Əhmədov 2015-ci ildə Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
 

Binəqədi Rayon Məhkəməsi Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.
 

Keçmiş futbolçu 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidi. (Lent.az)


Digər xəbərlər

Xəbər xətti