"Qarabağ"ın Avoliqadakı oyunu Respublika stadionunda keçirilməyəcək

22:30 29 Avqust 2016

Avropa Liqasının qrup mərhələsində "Qarabağ" rəqibi "Slovan"la oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək.


Sportarena.az xəbər verir ki, bu barədə Qurban Qurbanov bildirib. Onun sözlərinə görə sözügedən matç "Dalğa Arena"da, ya da Bakı Olimpiya Stadionunda baş tutacaq.

"Stadionla bağlı ingilis mütəxəssislər gəlib. Onların fikrindən sonra biləcəyik ki, niyə bu problemlə üzləşirik. İlk oyuna çatmayacaq. 2 variantımız var. "Slovan"la qarşılaşmanı "Dalğa Arena" və ya Olimpiya stadionunda keçirməyi fikirləşirik".


Digər xəbərlər

Xəbər xətti