Şehiç Zenyova qarşı

23:13 29 Avqust 2016

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasına dəvət alıb.


Sportarena.az xəbər verir ki, İ.Şehiç 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək matçda meydana çıxa biləcək. Onun milli komandası isə Estoniya yığmasına rəqib olacaq. 


"Qəbələ"nin hücumçusu Sergey Zenyov isə Estoniya yığmasına çağırılıb. Beləliklə, Premyer Liqamızda çıxış edən iki futbolçu yığma komandalarının heyətində üz-üzə gələ biləcəklər.


Xatırladaq ki, Bosniya və Herseqovina - Estoniya matçı sentyabrın 6-da oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:45-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti