Həbsdə olan futbolçu ilə müqavilə imzalandı

11:13 30 Avqust 2016

İspaniyanın “Real Aviles” klubu həbsdə olan sabiq futbolçusu Aleks Ariasla müqavilə imzalayıb.


Bu gün 27 yaşlı futbolçunun təqdimat mərasimi keçirilib.


Mərasim komandanın stadionunda baş tutub. Anlaşmaya əsasən futbolçu yalnız məşq və oyun vaxtı komandanın düşərgəsinə qoşulacaq.


Qeyd edək ki, Arias 2015-ci ilin yanvarında dörd il müddətinə azadlıqdan məhrum edilib. O, 2011-ci ildə iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirkar bilinib.


Digər xəbərlər

Xəbər xətti