"Zenit"in futbolçusu "Yuventus"da

01:14 31 Avqust 2016

Son İtaliya çempionu "Yuventus" heyətiniu daha bir futbolçu ilə gücləndirib. Turin təmsilçisi Rusiyanın "Zenit" klubunun futbolçusu Aksel Vitsellə anlaşıb. 
Bu barədə məlumatı "Zenit"in baş məşqçisi Mirça Luçesku verib. Təcrübəli çalışdırıcı hazırda tərəflər arasında son danışıqların getdiyini vurğulayıb. Avropada "yay transfer pəncərəsi" sabah başa çatır ki, Vitsel də sabahkı günün sonuna qədər "Yuve"li olacaq. Rumıniyalı mütəxəssis keçidin təfərrüatları barədə açıqlama verməyib. 
Qeyd edək ki, Belçika millisinin üzvü olan 27 yaşlı Vitsel 2012-ci ildən "Zenit"də çıxış edirdi. 
 


Xəbər xətti