Sportarena.az
25 Sentyabr 2017

Şahmat Olimpiadasında iştirak üçün 176 ölkə qeydiyyatdan keçib

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının ev sahibliyi etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunacaq.


Bu barədə Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar avqustun 31-də təşkil olunan yekun mətbuat konfransında məlumat verilib.


Mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Olimpiadanın baş hakimi Faiq Həsənov çıxış edib və iştirakçıların suallarını cavablandırıblar.


Tədbirdə Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Baş nazirin müavini Yaqub Eyyubov iştirak edib.


Gənclər və idman naziri Azad Rəhimov Olimpiadaya hazırlıq prosesində Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. Nazir əmin olduğunu bildirib ki, həm kişilər, həm də qadınlardan ibarət komandalarımız uğurla çıxış edərək yüksək nəticə göstərəcəklər. A.Rəhimov Olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, təşkilati işlərin peşəkarlıqla həyata keçirildiyini vurğulayıb.


Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov 2014-cü ilin fevralında Azərbaycan Prezidentinin Sərəncamına əsasən Olimpiadanın keçirilməsi üçün yaradılan Təşkilat Komitəsinin bütün prosesləri yüksək səviyyədə həyata keçirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bütün aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “Baku Crystal Hall” bu mötəbər yarış üçün tam hazır vəziyyətə gətirilib.


Qonaqların artıq Bakıya gəlmək üzrə olduqlarını deyən M.Məmmədov nümayəndə heyətlərinin ölkəmizə rahat gəlişi üçün dövlətimizin başçısının imzaladığı Sərəncam sayəsində sadələşdirilmiş viza rejiminin tətbiq olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, idmançıların təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlərin görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib. Olimpiadanın açılış mərasimi sentyabrın 1-də saat 19:00-da Milli Gimnastika Arenasında başlayacaq. Yarışlara isə sentyabrın 2-də saat 15:00-da start veriləck.


Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Bakının bu mötəbər yarışa tam hazır olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın yüksək səviyyədə ev sahibliyi edəcəyi yarış bu baxımdan olimpiadalar tarixində mühüm tədbirlərdən biri olacaq.


Son illər ölkəmizin mühüm beynəlxalq idman tədbirlərinin keçirildiyi ölkəyə çevrildiyini deyən E.Rüstəmov Olimpiadanın şahmat turnirləri arasında ən mötəbər yarış olduğunu qeyd edib. Həm kişi, həm də qadın şahmatçılarımızdan uğurlu nəticələr gözlədiyini deyən E.Rüstəmov bunun üçün idmançılarımızın yüksək hazırlıq prosesi keçdiklərini, təlim-məşq toplanışlarının təşkil olunduğunu, bu prosesə təcrübəli mütəxəssislərin cəlb olunduğunu diqqətə çatdırıb. E.Rüstəmov Olimpiadada iştirak edən şahmatçılarımıza uğurlar arzulayıb.


Sonra suallar cavablandırılıb.


Qeyd edək ki, Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib.

Tarix
31.08.16 [13:36]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 Sentyabr
24 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio