Araz Abdullayev "Neftçi"dən ayrılır: Yeni klubu da bəllidi

16:16 31 Avqust 2016

Son vaxtlar "Neftçi"də əsas heyətə düşməyən Araz Abdullayev paytaxt klubundan ayrılır. 

 

Sportarena.az xəbər verir ki, onun yeni klubu da müəyyənləşmək üzrədi.
 

Məlumata görə, yarımmüdafiəçi karyerasını Rumıniyada davam etdirəcək. Onun xidmətində bu ölkənin "Astra" klubu maraqlıdı. Məsələni dəqiqləşdirmək üçün "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovla əlaqə saxladıq. Ancaq o, bu məsələdə tələsməməyi məsləhət gördü. Yəni, klub rəsmisi xəbəri nə təsdiq, nə də təkzib etdi.
 

Məlumata görə, qarşıdakı günlərdə bu transfer rəsmən açıqlanacaq.
 

Qeyd eədk ki, Abdullayev hazırda millimizin düşərgəsindədi.(futbol11.az)


Digər xəbərlər

Xəbər xətti