İsko "Real"dan ayrılır

16:31 31 Avqust 2016

"Real"ın yarımmüdafiəçisi İsko Alarkon Suares komandadan ayrılacaq.


Sportarena.az xəbər verir ki, ispan futbolçunun "Tottenhem" klubuna keçəcəyi gözlənilir.


Buna səbəb isə 24 yaşlı futbolçunun Madrid klubunda oyun praktikasından əziyyət çəkməsidir.

2018-ci ilə qədər Madrid klubu ilə müqaviləsi olan İskonun transfer qiyməti isə 35 milyon avro dəyərində qiymətləndirilir. 


Qeyd edək ki, son mövsümdə yarımmüdafiəçi 5 qol vurub, 12 assist edib.


Xəbər xətti