Samir Nasrinin yeni klubu müəyyənləşdi

17:32 31 Avqust 2016

"Mançester Siti"nin yarımmüdafiəçisi Samir Nasrinin yeni klubu müəyyənləşdi.


Sportarena.az xəbər verir ki, ispaniyalı baş məşqçi Qvardiolanın "şəhərlilər"in "sükanı arxasına" keçdiyindən əsas heyətə düşə bilməyən futbolçu "Sevilya" ilə razılığa gəlib.


Bu barədə İspaniya klubunun rəsmi "tvitter" səhifəsində məlumat paylaşılıb.

Məlumata görə 29 yaşlı fransalı futbolçu mövsümün sonunadək "Sevilya"da çıxış edəcək.

Qeyd edək ki, futbolçu 2011-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur.


Xəbər xətti