UEFA "Dalğa Arena" ilə bağlı qərarı nə zaman verəcək?

18:09 31 Avqust 2016

"Qarabağ"ın Avropa Liqasında qrup mərhələsinin ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə yaranan problemlərə görə, Olimpiya stadionu və ya "Dalğa Arena"da keçirəcəyi barədə xəbər vermişdik. 


Sportarena.az xəbər verir ki, sentyabrın 1-i - sabah UEFA tərəfindən xüsusi nümayəndə heyəti gəlib qarşılaşmanın "Dalğa Arena"da keçirilib-keçirilməməsi barədə son qərarı verəcək.


Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı sentyabrın 15-i saat 19:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti