Mourinyonun göndərdiyi futbolçu yenidən "Çelsi"də

00:09 1 Sentyabr 2016

İngiltərənin "Çesli" klubu yay transfer pəncərəsinin son günündə daha bir futbolçunu heyətinə cəlb edib.
London təmsilçisi PSJ-dən sabiq futbolçusu David Luisi transfer edib.

Müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib.

Xarici KİV-lərdə yayılan xəbərlərə görə, "Çelsi" bu transfer üçün Paris klubuna 45 milyon avro ödəyib.

Qeyd edək ki, braziliyalı müdafiəçi 2014-cü ildə "Çelsi"dən PSJ-yə 50 milyon avroya transfer edilmişdi.


Digər xəbərlər

Xəbər xətti