Qurbanov "Neftçi"dən gedişinin səbəbini açıqladı: "Mənə qarşı haqsızlıq edildi"

01:28 1 Sentyabr 2016

“Qəbələ”yə transfer olunan Ruslan Qurbanov “Neftçi”dən gedişini şərh edib. Millimizin hücumçusu sosial şəbəkədə fikirlərini bölüşüb: 

“Qəbələ”yə keçidimi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Eləcə də mənə dəstək olmayanlara, həmçinin “Neftçi” fanatlarına minnətdaram. Onlar hər zaman qəlbimdə olacaqlar. “Neftçi”də çətin vəziyyətlə üzləşdim. Bu haqda danışmaq istəmirəm. Düşünürəm ki, hər kəs məni anlayar. Mənə qarşı haqsızlıq edildi. Bu, artıq son idi. Buna görə də “Qəbələ”yə keçmək qərarına gəldim. Eləcə də “Neftçi”nin Müşahidə Şurasına minnətdaram ki, keçidimə maneçilik törətmədilər. Özümü başqa komandada sınamaq və futbolçu kimi inkişaf etmək istəyirəm. Roman Qriqorçukla birgə çalışmağı arzuayırdım. Bir daha mənə dəstək olanlara təşəkkürümü bildirirəm. “Neftçi”də yaxşı günlərim olub. “Qəbələ”yə keçməsəydim, Avropaya yollanardım. Mənimlə Avstriyanın “Şturm” klubu, eləcə də Xorvatiya komandaları maraqlanırdı. İstəmirəm ki, “Neftçi” azarkeşlər mənə qarşı kin saxlasınlar. Onlar mənim hansı səbəbdən “Neftçi”ni tərk etdiyimi anlayacaqlar. Mənim əməyimi qiymətləndirməyən insanlar oldu. Halbuki 18 qol vurmuşdum. Hər kəsə təşəkkürlər!


Digər xəbərlər

Xəbər xətti