"Qalatasaray"dan növbəti transfer

16:57 1 Sentyabr 2016

İstanbulun “Qalatasaray” klubu heyətinə daha bir futbolçu cəlb edib.


Sportarena.az  xəbər verir ki, İstanbul təmsilçisi ABŞ-ın “Los Anceles Qalaksi” klubunun futbolçusu Naycel de Yonqu transfer edib. Bu keçid “sarı-qırmızılar” üçün pulsuz başa gəlib.


Hollandiyalı yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb.


Qeyd edək ki, 31 yaşlı futbolçu “Mançester Siti” və “Milan” kimi klublarda da çıxış edib.


Xəbər xətti