Gökhan İnler rəsmən "Beşiktaş"da

21:30 1 Sentyabr 2016

“Beşiktaş” heyətini daha bir futbolçu ilə gücləndirib.  “Qara Qartal” Gökhan İnleri transfer edib. 


Təcrübəli futbolçu ilə “2+1” illik müqavilə imzalanıb. İnler “Beşiktaş”da 2 ilinə 3 852 000 avro qazanacaq. 2017-2018 mövsümündə o, minimum 23 oyunda meydana çıxsa, müqaviləsi daha bir illiyinə artırılacaq. 


Qeyd edək ki, 32 yaşlı futbolçu daha əvvəl “Bazel”, “Aarau”, “Sürix”, “Udineze”, “Napoli” və “Lester”də forma geyib.


Digər xəbərlər

Xəbər xətti