Güləşçimiz Dünya çempionatında bürünc medal qazandı

22:33 1 Sentyabr 2016

Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Üçüncü  yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparıb. Azərbaycan güləşçiləri iki çəki dərəcəsində təmsil olunub. 

67 kq çəkidə mübarizə aparan Elis Manolova ardıcıl olaraq Özbəkistan və Ukraynadan olan rəqiblərini məğlub edib. Yarımfinalda güləşçimiz Fransa təmsilçisi ilə görüşü uduzub. Bürünc medal görüşünə haqq qazanan Elis Manolova həlledici görüşdə  Hindistan təmsilçisini məğlub edib. Bu qələbə ilə güləşçimiz çempionatın bürünc medalına sahib olub.  

51 kq 
1/8 final - Nodira Sabirova (UZB) - Səbinə Həmzəlzadə 9:6

67 kq 
Bürünc medal görüşü - Anil Mane Reşma (İND) - Elis Manolova 2:4
1/2 final - Koumba Selene Fanta Larroque (FRA) - Elis Manolova 3:0
1/4 final - Yuliia Lisovska (UKR) - Elis Manolova 0:3
1/8 final - Elis Manolova - Baxtigül Baltaniyazova (UZB) 5:0


Xəbər xətti